Fiziki şəxslərə endirim
  • 5% - proqramlarüzrə hər ardıcıl kursda iştirak edənlərə

  • 10% - 16 yaşdan 23 yaşa qədər olan şəxslərə

  • 15%  dövlət sahəsində çalışan işçilərə

  • 10% AIESECkart sahibləri üçün

  • Hərbi xidmətdən son 1 il ərzində təxris olunmuş hər bir gənc oğlana 21 % və birbaşa ön cəbhədə olan hər bir gənc oğlana 50% endirim tətbiq edilir

  • Əvvələr ACCA, CIMA, CNAA və PMİ kurslarına yazılan tələbələrə 30% endirim

Xüsusi qeydlər

  • Müştəri yalnız bir endirim təklifindən yararlana bilər.
Dosta tövsiyə
  • Əgər Sizin tövsiyənizlə dostunuz/həmkarınız GRBS®-in hər hansı kvalifikasiyası üzrə hazırlıq kursuna yazılsa, bu halda sizin hər biriniz üçün həmin kursun dəyərindən 18 AZN çıxılacaq.
  • Kursun dəyərindən çıxılmış 18 AZN sizin iştirak etdiyiniz və ya gələcəkdə iştirak edəcəyiniz GRBS®-in hər hansı kvalifikasiyası üzrə hazırlıq kursuna birbaşa sərf edilir.
  • Bu kampaniya yalnız FİZİKİ ŞƏXSLƏRƏ (öz hesabına iştirak edən şəxslərə) tətbiq edilir.
İmtiyazlı şəxslərə endirim

GRBS® Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulan imtiyazlı şəxslər üçün aşağıdakı endirimləri tətbiq edir:

  • Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının və Şəhid ailələrinin üzvlərinə;
  • I və II qrup müharibə əlillərinin ailə üzvlərinə;
  • Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin ailə üzvlərinə;
  • Valideynlərini itirmiş universitet tələbələrinə;
  • Valideynlərini itirmiş, işləməyən gənclərə;
  • Dövlət himayəsində yaxud internatda böyüyən və Universitetdə oxuyan gənclərə;
  • Dövlət himayəsində yaxud internatda böyüyən və işləməyən gənclərə;
  • Kvota üzrə işləyən ailələrin övladlarına.

Şərtlər

  • Yuxarıda göstərilən şərtlərə cavab verən şəxslər üçün 50% endirim tətbiq olunur.
  • Müvafiq təsdiqedici sənədlər tələb olunur. Təqdim olunan sənəddə məlumatların doğruluğuna iştirakçı, təşkilat və müvafiq icra orqanı birbaşa məsuliyyət daşıyır.

Xüsusi qeydlər

  • Gənc yaş həddi 18-33 yaş.
  • Kvota – müvafiq  icra hakimiyyəti orqanları tərəfindən işə götürənlərə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri işlə təmin etmək üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayıdır.
  Hüquqi şəxslərə endirim
 

GRBS® eyni təşkilatı/şirkəti təmsil edən bir neçə iştirakçı üçün aşağıdakı endirimlər tətbiq edir: 2 iştirakçı 5%, 3 iştirakçı 7%, 4 iştirakçı 9%, 5-10 iştirakçı 12%, 10 və daha artıq iştirakçı üçün.

Daha çox sayda iştirakçı sayı üçün endirimlər aşağıdakı kimi nəzərdə tutulub:

 

İştirakçıların sayı

  2  

 3 

 4

 5-10

11-20

 21-44

41-60

61-

5% 7% 9% 12% 15% 17% 21% 25%