IELTS (International English Language Testing System) Beynəlxalq İngilis Dili Test Sistemidir

IELTS dilin qiymətləndirilməsinin ən yüksək beynəlxalq standartlarını ifadə edir. Bu test dörd dil bacarığını yoxlayır – dinləmə, oxuma, yazı və danışıq. IELTS təhsil, immiqrasiya və peşəkar akkreditasiya zamanı ingilis dilində ünsiyyət bacarığını yoxlayan etibarlı və qüvvədə olan testdir.


Namizədlər bu imtahanı dünyanın hər tərəfində 900-dən artıq test mərkəzində verə bilərlər. Bu qlobal test keyfiyyət nəzarətinin ən yüksək səviyyəsinə malikdir.

 

Daha çox məlumat üçün Test format and results bölməsinə baxa və ya IELTS Guide for Insitutions and Organisations faylını yükləyə bilərsiniz. (PDF, 586KB).

 

IELTS IDP: IELTS Australia, British Council və University of Cambridge ESOL Examinations (Cambridge ESOL) tərəfindən birgə idarə olunur və 135-dan çox ölkədə 900-dən çox test mərkəzi vasitəsilə çatdırılır.
 
IDP: IELTS Australia dünyanın aparıcı beynəlxalq təhsil və inkişaf təşkilatlarından biridir və tələbələrin təhsil müəssisələrinə yerləşdirilməsi, ingilis dili təlim və imtahan xidmətləri və dövlət sponsorları adından beynəlxalq yardım layihələrinin idarə edilməsi xidmətlərini təklif edir. IDP Education 1969-cu ildə Avstraliya universitetləri tərəfindən təsis edilmiş və hər hansı digər təşkilatdan daha çox tələbəni Avstraliyanın təhsil müəssisələrinə yerləşdirmişdir.

 

IDP Education öz törəmə müəssisəsi olan IELTS Australia vasitəsilə 30-dan çox ölkədə IELTS test mərkəzlərinin işinə nəzarət edir.

 
University of Cambridge ESOL Examinations (Cambridge ESOL) ingilis dilini öyrənənlər üçün dünyanın aparıcı imtahan təchizatçısıdır. Hər il imtahanlarda 135 ölkədə 1.4 milyona yaxın insan iştirak edir.

 

IELTS ingilis dili testləri arasında aparıcı mövqeyə malikdir. IELTS-in effektivliyi 1989-cu ildən bəri sübut olunmuşdur. IELTS testinin dizaynı təkmilləşmiş linqvistika, dil pedaqogikası, dilin qiymətləndirilməsi və texnologiyada ən son  irəliləyişləri özündə birləşdirir.

Bütün bu mütərəqqi dəyişikliklərlə birlikdə, IELTS hər dörd dil bacarığının (oxuma, yazı, dinləmə və danışıq) yoxlanmasına sadiq qalmışdır və bu testlərə üz-üzə danışıq komponenti də daxildir. Bu, IELTS-i digər ingilis dili testlərindən ayıran bir xüsusiyyətdir.

 

IELTS – innovasiya tarixçəsi

IELTS-in sələfi 1980-ci ildə yaradılmış English Language Testing Service (ELTS) olmuşdur. Bu testin innovativ formatı dil öyrənmə və tədris nəzəriyyəsində olan dəyişiklikləri və dilin yoxlanılmasında olan inkişafı əks etdirirdi. Məsələn, “kommunikativ” dil öyrənmənin artması və “spesifik məqsədlər üçün ingilis dili” ELTS-in formatına təsir etmişdi. Test tapşırıqları dilin akademik kontekstdə istifadəsi formasına əsaslanırdı və dilin real həyatda istifadəsini əks etdirməsi niyyəti ilə hazırlanmışdı.