İnternet vasitəsilə idarə olunan TOEFL iBT testi ingilisdilli ölkədə təhsil almaq üçün səyahətinizin mühüm hissəsidir.

 

Testə əlavə olaraq, ETS TOEFL Proqramı testə hazırlaşmağa və ingilis dili bacarıqlarınızı artırmağa kömək etmək üçün sizi alət və təlimatlar ilə təmin edir.

 

TOEFL iBT testi ingilis dilini universitet səviyyəsində istifadə etmək və anlamaq qabiliyyətinizi ölçür. Həmçinin o, dərs tapşırıqlarını yerinə yetirmək üçün dinləmə, oxu, danışıq və yazı bacarıqlarınızı nə dərəcədə yaxşı birləşdirdiyinizi qiymətləndirir.

 

Dünyada 27 milyondan çox insan ingilis dili biliyi nümayiş etdirmək üçün TOEFL testindən keçmişdir. Orta ingilis dili səviyyəsi Intermediate və Advanced arasında dəyişir.

 

  • Ali təhsil müəssisəsində təhsil almağı planlaşdıran tələbələr
  •  Ingilis dilini öyrədən proqrama qəbul olmaq və bitirmək
  • Təqaüd və sertifikatlaşdırma namizədləri
  • Irəliləməni izləmək istəyən ingilis dili tələbələri
  • Viza üçün müraciət edən tələbələr və işçilər

 

130-dən çox ölkədəki 9.000-dən artıq kollec, agentlik və digər təşkilatlar TOEFL ballarını qəbul edir. Daha ətraflı məlumat, o cümlədən Avstraliya və Birləşmiş Krallıqda viza tələblərini təmin etmək üçün ballarınızdan istifadə etmək, TOEFL ballarını qəbul edən müəssisələri necə tapmaq və sair üçün Who Accepts TOEFL Scores bölməsinə baxın.

 

TOEFL testi dünyanın hər-hansı digər ingilis dili testindən daha çox test tarixlərlərinə (ildə 50-dən çox) və yerlərinə (165 ölkədə 4.500 test mərkəzi) malikdir. Siz testdən istədiyiniz qədər, lakin 12-günlük müddətdə bir dəfədən artıq olmayaraq keçə bilərsiniz. Əgər siz artıq test tarixini təyin etmisinizsə, siz bu tarixi əhatə edən 12 günə düşən digər test tarixi üçün qeydiyyatdan keçə bilmərsiniz.