Beynəlxalq imtahanlarının tələbləri ingilis dilinə beynəlxalq peşəkar ünsiyyət vasitəsi kimi yiyələnməsini nəzərdə tutur və bu onların xüsusi formatını müəyyən edir.

 

Bütün dillər üzrə beynəlxalq sertifikatlar üçün imtahanların strukturu çox mürəkkəbdir, imtahandan yaxşa nəticə ilə keçmək üçün tək dilə yüksək səviyyədə yiyələnmək yox, həm də imtahanın verilməsinin texnikasını, əsas qiymətləndirmə prinsiplərini, cavab blanklarının doldurulması üsullarını və bir çox digər incəlikləri bilmək lazımdı.

 

Bu o deməkdir ki, ilkin, məqsədə yönəldilmiş hazırlıq olmadan beynəlxalq sertifikat imtahanından keçmək olduqca çətindir.

 

Bizim hazırlıq proqramlarımız effektivdir, çünki biz:

 

  • gündəlik vəziyyətlərdə əməli dil bacarıqlarının inkişafına diqqət yetiririk;
  • eyni zamanda imtahana lazım olan dərəcədə oxu, yazı, danışıq və qulaq asaraq nitqin qavrayışı bacarıqlarını inkişaf etdiririk;
  • imtahanın verilməsi texnikasını məşq edirik;
  • əvvəlki imtahanların materiallarından istifadə edərək davamlı imtahan təlimlərini keçiririk;
  • sınaq imtahanlarını təşkil edirik;
  • fərdi məsləhətləşmələr təşkil edirik.

 

Unutmayın ki, beynəlxalq imtahanlar bütün dünyada qəti müəyyən edilmiş tarixlərdə ildə cəmi bir neçə dəfə verilir, bu səbəbdən imtahanlara hazırlıq kurslarının müddətinin müəyyən tarixə başa çatmasını hesablamaq lazımdır. Bu məqsədlə tələb olunan kurslara əvvəlcədən yazılmaq tövsiyə olunur.

 

Təlim CELTA, TESOL, TEFL, TKT, CPE, IELTS, TOEFL və s. kimi beynəlxalq sertifikatlaşdırması olan yüksək ixtisaslı müəllimlər tərəfindən keçiriləcək

 

Tələbələrin hazırlanmasında xarici universitetlər və nəşrlər tərəfindən hazırlanmış dərs dəstləri istifadə edilir: tələbələr üçün kitablar, müəllimlər üçün kitablar, audiomateriallar, fərdi hazırlıq üçün əlavə materiallar, biliklərin qiymətləndirilməsi meyarlarından ibarət olan keçmiş dövrlərə aid olan əsl test tapşırıqlarının tam dəsti.